Peyvəndin 3-cü dozası BU ŞƏXSLƏRƏ vurulmalıdır
Bizi izləyin

Səhiyyə

Peyvəndin 3-cü dozası BU ŞƏXSLƏRƏ vurulmalıdır

2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yaydığı birgə məlumatda qeyd olunub. Buster qüvvətləndirici doza deməkdir.

"Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər", - deyə məlumatda bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm