Səhiyyə
Vaksinasiya prosesi sürətlə davam etdirilməlidir - Deputat
"Vaksinasiya prosesi sürətlə davam etdirilməlidir. İnsanlar bir-biriləri ilə sosial məsafə saxlamalı, bu məsələyə xüsusi diqqət göstərməlidir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri (ADİP) Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, ictimai iaşə obyektlərində, hansısa qapalı mühitdə tibbi maskadan istifadə etməyən şəxslər bilməlidirlər ki, həm özlərini, həm yaxınlarını, həm də çevrələrindəki insanları böyük bir təhlükə altında qoyurlar:
"Mənə elə gəlir ki, qonşu ölkələrdəki vəziyyəti görən hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk eləməlidir. Bəlkə də bu gün hansısa sərt tədbirlərə, qapanmalara ehtiyac yoxdur, amma biz vaksinasiya prosesinə sürətlə davam etməliyik. Mövcud vəziyyəti dəyişdirməyə çalışmalıyıq. Gələcəkdə ümumi vəziyyətdən asılı olaraq bu istiqamətdə addımların müəyyənləşdirilməsi mümkündür. Bu istiqamətdə Azərbaycan həm beynəlxalq səhiyyə təşkilatları, həm də dünyanın inkişaf eləmiş və bu proseslərlə mübarizədə təcrübə qazanmış ölkələrin informasiya, təcrübə bazasından istifadə edə bilər".
Tural Turan
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı






































