Səhiyyə
Tibb qardaşı uşağın barmağını qayçı ilə kəsdi
Tailandda tibb qardaşı damardaxili kateterin çıxarılması zamanı biryaşlı xəstənin barmağını kəsib.
Publika.az xəbər verir ki, bu barədə “Mothership” məlumat yayıb.
İnsident Yasothon vilayətindəki “Loengnoktha Crown Prince Hospital” xəstəxanasında baş verib. Sentyabrın 2-də oğlan uşağı bağırsaq infeksiyası diaqnozu ilə klinikaya daxil olub. Onun sağ əlinə damardaxili kateter quraşdırılıb. Uşaq sağalıb və sentyabrın 11-də, evə buraxıldığı gün tibb qardaşı kateteri çıxarmalı olub.
Valideynlərin sözlərinə görə, tibb müəssisəsinin əməkdaşı xüsusi alətin əvəzinə adi kağız qayçısından istifadə edib. O, qayçının ağzını oğlanın barmaqları arasına qoyub, sarğını kəsməyə çalışarkən isə buradan qan fışqırıb. Məlum olub ki, tibb qardaşı səhvən uşağın şəhadət barmağının xeyli hissəsini kəsib.
Oğlanı dərhal barmağını tikmək üçün başqa xəstəxanaya göndəriblər. Daha sonra başqa bir əməliyyat da lazım gəlib. Bununla belə, cərrahlar barmağın funksiyalarının tam bərpa olunacağına zəmanət verə bilməyiblər.
“Loengnoktha Crown Prince Hospital”ının administrasiyası tibb qardaşını işdən kənarlaşdırıb, uşağın ailəsinə isə üzrxahlıq olaraq dörd min bat ödənilib və meyvə səbəti hədiyyə edilib. Uşağın atası polisə müraciət edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi












.jpg)



























