Səhiyyə
20 min könüllüyə “Ervebo” peyvəndi vurulur
Konqo Demokratik Respublikasının İturi vilayətinin Bunia şəhərində ön cəbhədə çalışan ilk könüllülərə şənbə günü Ebola peyvəndi vurulub.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, sınaq ərzində 20 min könüllüyə 9-12 ay ərzində “Ervebo” adlı peyvənd vurulacaq. Sınağın məqsədi peyvəndin hazırkı epidemiyaya səbəb olan “Bundibuqyo” ştammına qarşı qoruyuculuğunu müəyyənləşdirməkdir. Qeyd edilməlidir ki, peyvəndin “Zair” ştammına qarşı effektivliyi daha əvvəl təsdiqlənib.
Konqo Demokratik Respublikası tarixində 17-ci Ebola epidemiyası ilə üzləşib. Ölkənin Milli İctimai Səhiyyə İnstitutunun son məlumatına görə, epidemiyada 3639 nəfər ölüb, 7541 nəfər virusa yoluxub, 1823 nəfər isə sağalıb. Virus hazırda ölkənin yeddi vilayətində yayılıb.
Avqust ayında Konqo Demokratik Respublikasına “Ervebo” peyvəndinin təxminən 70 min dozası ayrılıb. Ölkənin səhiyyə rəsmisi Stiv Ahukanın sözlərinə görə, peyvəndin “Zair” ştammına qarşı effektivliyi məlum olsa da, onun “Bundibuqyo” ştammına qarşı nə dərəcədə təsirli olduğu hələ müəyyən edilməyib.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj











.png)





















