Səhiyyə
Ürək böhranından qorunmaq üçün TƏK ÜSUL
Tibb elmləri doktoru, professor, kardioloq Ulf Landmesser infarktdan necə qorunmalı olduğunu izah edib.
Publika.az xəbər verir ki, o, bu barədə "Focus"a müsahibəsində bildirib.
Landmesser infarktdan qaçmağın yolunu açıqlayıb və dörd amili sadalayıb. Onun fikrincə, böhranın qarşısını almaq üçün qan təzyiqi, aşağı sıxlıqlı lipoproteinlər (LDL) və orqanizmdə şəkər səviyyəsinə nəzarət etmək lazımdır. Həmçinin ailə tarixi ilə də tanış olmaq vacibdir.
“Bütün bunlar bu gün öhdəsindən gələ biləcəyimiz risk faktorlarıdır. Nə qədər tez əks tədbirlər görülsə, bir o qədər yaxşıdır”, - deyə ekspert vurğulayıb.
Kardioloqun sözlərinə görə, infarkt xroniki iltihabi xəstəlikləri olan insanları təhdid edə bilər. Belə xəstələr yuxarıda göstərilən göstəricilərə görə xüsusilə diqqətlə izlənilməlidir.
Landmesser risk faktorunu müəyyən etmək üçün 40 yaşdan yuxarı insanlar üçün müntəzəm, hərtərəfli müayinələri tövsiyə edib.
Hüseyn İbadlı
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO






































