Səhiyyə
Bu dərman anemiya riskini 20 faiz artırır - XƏBƏRDARLIQ
Monaş Universitetinin mütəxəssislər qrupu aspirinin yaşlılar üçün təhlükəli olduğunu elan ediblər.
Publika.az xəbər verir ki, İşin nəticələri Annals of Internal Medicine jurnalında dərc olunub.
Məlum olub ki, dərman anemiya riskini 20 faiz artırır.
Təsadüfi idarə olunan sınaqda müəlliflər 70 və daha yuxarı yaşda olan 20 000-ə yaxın insanın məlumatlarını araşdırıblar. İştirakçılar iki qrupa bölünüb və təsadüfi olaraq üç il ərzində gündəlik 100 milliqram aspirin və ya plasebo qəbul etmələri təyin edilib. Onlar hər il hemoglobini, həmçinin dərman qəbul etməzdən əvvəl və üç il sonra - ferritini (dəmir) ölçüblər.
Tədqiqatçılar müəyyən ediblər ki, hər gün aşağı dozada aspirin qəbul edən qrupun anemiyaya tutulma riski plasebo qrupuna nisbətən 23,5 faiz yüksəkdir. Bundan əlavə, onlar hemoglobin səviyyəsində bir qədər azalma və ferritinin konsentrasiyasında daha əhəmiyyətli bir azalma qeyd etdilər.
Əldə edilən məlumatlar göstərir ki, aspirin qəbul edən yaşlı xəstələrdə hemoglobin səviyyəsinin dövri monitorinqi aparılmalıdır.
Hüseyn İbadlı
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO






































