Səhiyyə
Zəlzələ anında anaların uşaqlara yaşatdığı ŞOK: Bütün millət binadan çıxıb, təkcə...
“Gecə baş verən zəlzələ panikasından sonra bəlkə də ən çox əziyyət çəkən, travma yaşayan uşaqlar oldu. Bir misalı elə özümdən çəkəcəm. Qadınların bir-birinə zəngi və bir çox analar kimi bizim evdə də ananın yaratdığı “panik atak” şousu hər iki uşağın ağlamasına səbəb oldu. Ən dəhşətlisi bilirsiniz nədir? Zəlzələni heç hiss etməyən, amma gələn telefon zəngləri, xüsusi ilə də ən sonda (zəlzələdən ən azı 10-15 dəqiqə sonra) qonşunun zəng edərək, “bütün millət binadan çıxıb, siz qalıbsınız” “həyəcan siqnalı” verməsi aləmi qatdı bir-birinə... Hər şey cəhənnəm, zəlzələ də cəhənnəm, o uşaqların ağlaması məni daha çox incitdi”.
Publika.az xəbər verir ki , bunu sosial şəbəkədə Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin müdiri Elnur Hidayətoğlu yazıb. O, valideynləri maarifləndirmək üçün Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 22 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Çilənay Xəlilovanın tövsiyələrini də paylaşıb.
Həkim-psixiatr qeyd edib ki, bu zaman uşaqlarda baş verə biləcək travmalar gündəlik həyatdakı stressdən çox fərqlidir. Bu travmalar gözlənilmədən baş verdiyinə görə, uşaqlar daha çox əziyyət çəkirlər:
“Belə ki, xəstəlik özünü əhval-ruhiyyənin enməsi, kefsizlik, yuxu pozuntusu, iştahada dəyişiklik, əzizlərini itirmək qorxusu ilə özünü göstərir. Azyaşlı uşaqlarda valideynlərindən ayrı yatmaq, evdə tək qalmaq, heç yerə getmək istəməmək, qaranlıq mühitlərdən qaçma kimi qorxular baş qaldırır. Ümumiyyətlə, zəlzələ qorxusunun yaranması üçün zəlzələ olması lazım deyil.
Məsələn, zəlzələ şəklinə və ya başqa səbəblərdən kiçik yer silkələnməsinə baxdıqları zaman belə uşaqlarda güclü emosional reaksiyalar ola bilər”.
Həkimin sözlərinə görə, zəlzələ qorxusundan uşaqlarda narahatlıq, daimi sayıqlıq, baş gicəllənməsi, titrəmə, ürək döyüntüsü, tərləmə kimi əlamətlərin də müşahidə edilir:
“Təbii ki, bu əlamətlər müxtəlif yaş qruplarında olan uşaqlarda müxtəlif şəkildə büruzə verir. 6 yaşından kiçik uşaqlar ölüm anlayışını tam dərk etmədikləri üçün hadisənin fərqində olmurlar. Bəzi uşaqlar zəlzələ zamanı şok vəziyyətində olur, donub qalır, hisslərini basdırır, bəziləri isə ağlayıb, qışqıraraq reaksiya verir.
6 yaşından böyük uşaqlarda travma sonrası stress pozuntusu daha çox rast gəlinir. Yaşadığı evin dağılması, valideynini itirmək, oxuduğu məktəbin artıq olmaması kimi hisslər ciddi şəkildə depressiyaya gətirib çıxara bilər”.
Həkim-psixiatr bu məqamda ailənin verdiyi reaksiyanın böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb:
“Məktəbəqədər yaş qrupunda olan uşaqlardan fərqli olaraq məktəb yaşlı uşaqlar hadisələri dərk etmək yetkinliyinə sahibdir. Onlarda, həmçinin məktəb və dostlarından ayrılmaq qorxusu çox güclü ola bilər. Valideynlər övladına zəlzələnin təbii fəlakət olduğunu və bu zaman nələr etməli olduğunu açıq-aydın şəkildə izah etməlidir.
Fəlakətin xoşagəlməz nəticələrindən bəhs edən televiziya verilişlərindən uşaqları uzaq tutmaq məqsədəuyğundur. Uşaqlar valideynlərinin danışığına və davranışlarına qulaq asmadıqları kimi görünsələr də, əslində bütün hadisələri təfərrüatlı şəkildə içlərində saxlayırlar”.
Mütəxəssis uşaqlarda yuxarıda sadalanan halların uzun müddət davam etdiyi təqdirdə həkim-psixiatra müraciət etməyi tövsiyə edib:
“Bəzən siz özünüz də bilmədən uşaqlara ciddi travmalar yaşada bilərsiniz. Unutmayın ki, onlar valideynlərindən, böyük insanlardan dəfələrlə həssasdır. Ona görə də istənilən təhlükəli situasiyalarda onların psixoloji durumunu nəzərə alın. Sabah sizin unudacağınız hadisə onlar üçün bir ömür travma ola bilər. Hər bir halda onları psixiki pozuntulardan qoruyun”.
Aysel Şahmar
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika23 Aprel 17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial23 Aprel 16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi





















.jpg)
















