Səhiyyə
Azərbaycandan təkcə Almaniyaya bu qədər həkim gedib: məşhur kardioloq dəhşətli faktlar açıqladı
“Azərbaycandan sadəcə Almaniyaya 1400 həkim getməsi çox düşündürücüdür”.
Publika.az xəbər verir ki, bunu “Baku Medikal Plaza”nın kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov sosial media hesabında paylaşıb.
O qeyd edib ki, bu sayın zamanla artacağı gözlənilir:
“Buna səbəb olacaq bir çox faktor var: təhsil aldıqları universitetdəki və ya daha sonra çalışmağa başladıqları yerlərdəki aldıqları psixolojik travmalar, güvənli-həkim haqlarını qoruyan həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması. Yəqin ki, heç kəs Vətənini buraxıb getmək istəməz. Gedənlər bir şey itirdilərmi? Xeyr, tam tərsi”.

Kardioloq Almaniyaya gedən həkimlərin gələcəklərini güvənə aldıqlarını və ölkəmizdən fərqli olaraq işlərindən zövq alacaqlarını vurğulayıb:
“Üzücü olsa da ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa 1400 həmyerlim həkim rahat olacaq və lazım olduğunda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb, vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik”.
Aysel Şahmar
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı












.jpg)


























