Səhiyyə
UNICEF Azərbaycana tibbi avadanlıqlar ianə etdi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində həssas əhali qruplarından olan uşaqlarda yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunması və onların sağlamlığının qorunması məqsədilə ölkəmizə tibbi avadanlıqlar ianə edilib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, avadanlıqlar holter monitoru, portativ cərrahi aspirator, yenidoğulmuşlar üçün süni tənəffüs cihazı, elektrokardioqraf (EKQ), rəngli doppleroqrafiya ultrasəs cihazı və fototerapiya aparatından ibarətdir.
Sözügedən avadanlıqlar vasitəsilə pasiyentlərə göstərilən tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanır.
İanə edilən holter monitordan ürək ritminin və ürək döyünmələrinin tezliyini ölçmək üçün istifadə edilir. Belə ki, pasiyent cihazı 24-48 saat üzərində gəzdirir və bu müddət ərzində cihaz onun ürək fəaliyyətini qeydə alır. Bu məlumatların təhlili həkimə daha dəqiq diaqnozun təyin edilməsinə şərait yaradır.
Rəngli doppleroqrafiya ultrasəs cihazı müxtəlif xəstəliklər və damar patologiyalarını aşkar etməyə imkan verir.
Portativ cərrahi aspirator əməliyyat zamanı əməliyyatın aparıldığı nahiyədə yığılmış mayenin boşaldılması üçün istifadə olunan cihazdır.
Fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.
Elektrokardioqraf (EKQ) çoxsaylı ürək xəstəliklərinin diaqnozunun sürətli təyininə imkan verir.
İanə edilən süni tənəffüs aparatı tənəffüs pozğunluğu olan yenidoğulmuşları fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, tibbi avadanlıqlar Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına verilib.
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi






















.jpg)
.jpg)






.webp)








