Səhiyyə
Səhiyyə Nazirliyi bu şəxslərə xəbərdarlıq etdi
“Ana olmaq istəyənlər sinə əməliyyatından çəkinməlidir”.
Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva deyib.
Onun sözlərinə görə, sinə nahiyəsində estetik əməliyyatların edilməsi müəyyən problemlər yarada bilər, ona görə də ana olmaq arzu ilə yaşayanlar olduqca diqqətli davranmalıdırlar.
Həkim gələcəkdə ana olmaq istəyən xanımları bu cür əməliyyatlardan çəkinməyə çağırıb.
İ.Mirzəyeva onu da bildirib ki, bəzi hallarda kəsilən ana südünü bərpa etmək mümkündür, ana südünü artırmaq üçünsə ana mütləq şəkildə stresdən uzaq olmalıdır.
Pediatr söyləyib ki, əvvəlcə bunun hansı zaman kəsiyində baş verdiyini araşdırmaq lazımdır: “Çox nadir hallarda beyin mənşəli xəstəliklərdə südü bərpa etmək mümkün olmur. Analar hətta gecə 2-3 dəfə uşağı qidalandırmalıdırlar. O zaman süd həm də daha yaxşı sintez olunur”.
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli

















.png)



















