Səhiyyə
Nazirlikdən valideynlərə müraciət: Əgər övladlarınızda bu əlamətlər varsa...
"Uşaq heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə diqqət yetirin. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa".
Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova bildirib.
Həkim əlavə edib ki, körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicə təyin olunur.
Nazirlik rəsmisi həmçinin deyib ki, dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə qorxuları, yuxu keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan patoloji vəziyyətdir:
2-3 yaşa qədər körpələr üçün yuxu əsas ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam inkişafı praktiki olaraq mümkün deyil.
Uşaqlarda yuxu pozğunluğunun əsas səbəbləri bunlardır:
• Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə;
• Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;
• Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar".
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu



















.jpg)




















