Səhiyyə
ÜST-dən yüksək sürətlə yayılan xəstəlik barədə BƏYANAT
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba (xolera) xəstəliyinin dünyada yayılma riskini çox yüksək kimi qiymətləndirib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatdan məlumat verilib.
2023-cü ilin əvvəlindən 25 ölkədə vəba epidemiyası qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə doqquz ölkə çoxdur.
Bildirilib ki, vəbaya yoluxma ilə bağlı son bildiriş ÜST-ə mayın ortalarında Hindistandan gəlib. Təşkilat qeyd edib ki, xəstəliyin getdikcə yayılma riski vaksinlərin və digər resursların olmamasından qaynaqlanır.
Bəzi bölgələrdə vəbanın yayılması həmçinin Qərbi Afrikada maydan oktyabr ayına qədər davam edən yağış mövsümü ilə də əlaqələndirilir. ÜST əmindir ki, ən çox Cənubi Amerikanın cənubunda, ABŞ-nin cənubunda, Afrika buynuzu və Mərkəzi Asiyada güclü yağışlara səbəb olan El-Ninyo təbiət hadisəsi bu xəstəliyin yayılmasına səbəb ola bilər.
Bundan əlavə, El-Ninyo suyun temperaturunu yüksəldir və bununla da vəba vibrionun çoxalması üçün daha əlverişli şərait yaradır. Bu eyni zamanda regionlarda yeni vəba epidemiyalarına səbəb ola bilər.
ÜST-dən verilən məlumata görə, xəstəliyin yayılması ilə bağlı ən çətin vəziyyət Afrikada müşahidə edilir. İlin əvvəlindən indiyədək Konqo Demokratik Respublikası, Kamerun, Mozambik, Somali, Efiopiya, Cənubi Afrika Respublikası və digər ölkələr daxil olmaqla 14 ölkədə vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.
Vəba - vəba vibrionlarının yaratdığı xüsusi təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyin orqanizmə daxil olması çirklənmiş qida və ya su vasitəsilə baş verir. (Oxu.az)
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR














.jpg)


.jpg)





















