Səhiyyə
Alimlərdən şad xəbər: Xərçəngə qarşı yeni dərman ümid verdi
ABŞ-da alimlərin üzərində çalışdıqları yeni xərçəng dərmanı ümid yaradıb.
Publika.az xəbər verir ki, araşdırma aparan qrup hazırlanan yeni dərmanı mutasiyaya uğramış zülalın xərçəng hüceyrəsinə çevrilməsinin qarşısını alacaq “qar fırtınası” ilə müqayisə edib.
Alimlər xərçənglə mübarizədə yeni mərhələnin keçə biləcəklərini açıqlayıblar. "City Hope" təşkilatı 20 ildir üzərində işlədiyi dərmandan ilk dəfə müsbət nəticələr əldə edildiyini bildirib. Los-Anceles klinikasında çalışan elm adamları tərəfindən hazırlanmış dərman bir çox xərçəng növlərinə səbəb olan zülalı hədəf alır.

Hazırlanan dərmanın iş prinsipləri haqqında məlumat verən prof.Dr.Sönməz bildirib ki, inkişaf edən dərman indiyə qədər preklinik mərhələdə idi:
“Bu mərhələ siçanlar və itlər üzərində tədqiqatları əhatə edir. Dərmanın xərçəng hüceyrələrinə təsiri öyrənilib. PCNA adlı bir protein var. Xərçəng hüceyrələrində bu protein üzərində mutasiya var. Bu dərman bizim PCNA adlandırdığımız antigeni hədəf alır.
Normal olaraq PCNA adlandırdığımız antigenlə bağlı çoxlu araşdırmalar yoxdur. Bu çox vacib bir antigendir, çünki mutasiyadan sonra DNT adlandırdığımız xromosomların ötürülməsi spiralının təkrarlanmasına məsuldur. Həm də şişlərin böyüməsi ilə əlaqəli bir protein. Bu dərmanla PJNA antigenini hədəf alan bir araşdırma aparıldı”.
Araşdırmaya görə, dərman 70-ə yaxın xərçəng növündə təsirli ola bilər. Dərman bərk şişlərdə də sınaqdan keçirilib, həmçinin müalicəsi çox çətin olan süd vəzi, prostat, beyin, yumurtalıq, uşaqlıq boynu və kiçik hüceyrəli ağciyər xərçənglərində preklinik mərhələdə təsirli olduğu müəyyən edilib.
Aysel Şahmar
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək






.jpg)


























.jpg)


