Səhiyyə
Dərmanların qiyməti ucuzlaşır - Millət vəkilindən ŞAD XƏBƏR
Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklikləri təsdiq edib. Prezident həmçinin Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Qanuna dəyişiklik və yerli istehsalın təşkili hansı dərmanların ucuzlaşmasına səbəb olacaq?
Publika.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov deyib ki, qanuna edilən dəyişiklik bütövlükdə bu sahədə vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıyır.
“Ötən illərə nəzər salsaq, müxtəlif dərman vasitələrini eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirildiyini görərik. Bu da həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu. Məqsəd bu sahədə vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq”.

Millət vəkili əlavə edib ki, dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimləndiyi üçün qiymətlərə də təsir edəcək:
“Bır sıra dərman məhsullarının real qiymətləri ucuzlaşa bilər. Ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək”.
Aysel Şahmar
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı

















.png)



















