Səhiyyə
İş məğzindən uzaqlaşdırılaraq, bu yerə gətirilib - Kardioloq
“Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov Baş nazir Əli Əsədovun İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi haqqında Qərarı ilə bağlı paylaşım edib.
Publika.az paylaşıma əsasən bildirir ki, şöbə müdiri yazıb ki, xəbər kanallarına açıqlama verməsinə baxmayaraq, hansısa səbəbdən mövzu işıqlandırılmayıb.
Məşhur kardioloq yazıb:
“Əslində daha əvvəlki müsahibəmdə həkimlərin xaricə üz tutma səbəbləri ilə əlaqədar bir çox problemi dilə gətirsəm də, iş məğzindən uzaqlaşdırılaraq bəlli bir yerə çəkildi. Ən son dərc edilməyən müsahibəmdəki yeni qiymətlər zərfi ilə əlaqədar fikirlərimi qısaca buradan səsləndirdim. Daha çox öz sahəm olan kardiologiya haqda fikir bəyan edəcəyəm:
- Bütün müayinələrin qiymətlərinin artırılması, - daha öncə paketdə olmayan proseduraların paketə salınması;
- Daha öncəki paketdə sadəcə işləmin ödənilib cihazların qarşılanmadığı əməliyyat paketlərinə bütün növ (stimulyator, anadan gəlmə ürək qüsuru qapatma cihazları, perkutan qapaqları) cihaz və protezlərin daxil edilməsi;
- TAVİ kimi dəyəri 35 000 azn olan bir işləmin paketə daxil edilməsi;
- Mürəkkəb proseduralar üçün əlavələr edilməsi, v.s”.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
















.png)




















