Səhiyyə
ÜST COVID-19-la bağlı MƏLUMAT YAYDI
COVID-19, çox güman ki, laboratoriya yox, təbii mənşəlidir.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Ceremi Farrar “The Financial Times”a müsahibəsində bildirib.
“COVID-19”un təbii mənşəli olması ehtimalı getdikcə daha da artır”, - ekspert deyib. Bununla belə, o qeyd edib ki, ÜST mütəxəssisləri koronavirusun mümkün yaranma səbəbi kimi laboratoriya yolunu – Uhan Virusologiya İnstitutundan sızmanı və infeksiyanın şəhər bazarlarında heyvan əti vasitəsilə ötürülməsini istisna etmirlər.
O, Çinin bütün məlumatları paylaşmağa hazır olduğu təqdirdə koronavirusun mənşəyinin səbəblərini axtarmaq üçün ÜST-nin Çinə yeni missiyasının təşkil edilməsini təklif edib.
İyul ayında məlum olub ki, ABŞ hökuməti Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsinə çıxışı dayandırıb. Bu, ABŞ hökumətində adıçəkilən elmi müəssisəs ilə bağlı təhlükəsizlik suallarının cavabsız qalması ilə izah edilib.
Xatırladaq ki, ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub. (“Report”)
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
















.png)




















