Səhiyyə
2 ayda 2 milyon insan öldü - Şok statistika açıqlandı
Fred Hutchinson Xərçəng Mərkəzinin araşdırmasına görə, 2022-ci ilin dekabrından 2023-cü ilin yanvarına qədər Çində 30 yaşdan yuxarı insanlar arasında təxminən 1,87 milyon ölüm qeydə alınıb.
Publika.az "Euronews"a istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırmaya görə, Çinin Covid-19 epidemiyası zamanı həyata keçirdiyi “Sıfır-Covid” (Zero-Case) siyasətindən qəfil imtina etməsinin ardından iki ay ərzində 2 milyon insan ölüb.
Çinin bəzi universitetləri tərəfindən dərc edilən ölüm məlumatları və internet axtarışları faktı təsdiqləyib. Araşdırmaya görə, 2022-ci ilin dekabrından 2023-cü ilin yanvarına qədər 30 yaşdan yuxarı insanlar arasında təqribən 1,87 milyondan artıq ölüm baş verib. Ölüm hadisəsi Tibet istisna olmaqla, Çinin bütün əyalətlərində müşahidə olunub. Ölümlər əsasən yaşlı insanlar arasında olub.
Çinin Milli Səhiyyə Komissiyası hesabatla bağlı şərh tələbinə cavab verməyib. Qlobal səhiyyə mütəxəssisləri dəfələrlə Çini real rəqəmləri açıqlamağa çağırıblar. Çin 2022-ci ilin sonunda rəsmi gündəlik ölüm nəticələrini bildirməyi dayandırıb. ÜST Çində 121 min 628 nəfərin “Covid-19”dan öldüyünü və bu rəqəmin qlobal miqyasda təxminən 7 milyon olduğunu bildirib.
Nadir bir addım olaraq, Çinin bir əyaləti iyul ayında öz saytında bu ilin birinci rübündə kremasiya əməliyyatlarının 70 faiz artdığını göstərən məlumatları dərc edib, lakin məlumat tezliklə rəsmi saytından silinib.
Aysel Şahmar
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”







































