Səhiyyə
Burun əməliyyatı edənlərin diqqətinə - Bunlar QADAĞANDIR
Rinoplastika əməliyyatı bu gün ən çox olunan əməliyyatlar sırasına daxildir. Cəmiyyətdə tez-tez eşitdiyimiz burun əməliyyatlarının yayda edilə bilməyəcəyi fikri qətiyyən doğru deyil. Qoyulan şərtlərə əməl olunarsa, burun əməliyyatını ilin hər fəsli etmək olar.
Publika.az “CNN Türk”ə istinadən xəbər verir ki, bununla lor Dos.Dr. Deniz Avcı yay aylarında rinoplastika əməliyyatlarının heç bir problem olmadan həyata keçirilə biləcəyini bildirib:
“Lakin əməliyyatdan sonra sağlam bərpa baxımından günəşə diqqət etmək lazımdır. Xəstələrimiz diqqət etmələri lazım olan şeyləri tətbiq etdikcə, yay mövsümündə rahatlıqla əməliyyatlarını edə bilərlər. Hər xəstədə fərqli olsa da, xüsusilə rinoplastika əməliyyatlarından sonra qısa müddət ərzində də olsa üzdə və göz altında qançırlar əmələ gələ bilər. Üzdəki bu qançırlar və rəng dəyişiklikləri günəş işığından qorunmalıdır. Əks halda göyərmələr günəşə məruz qaldıqda qalıcı dəri ləkələrinə çevrilə bilər. Həmçinin dərinin rəngi dəyişə və yaraların sağalması pozula bilər, əməliyyat nahiyəsində çapıqlar, şişlik və qızartılar arta bilər”.
Həkimin sözlərinə görə, infeksiya və qanaxma riskinin artması səbəbindən ilk ay çox isti mühitlərdə olmaq olmaz:
“Bu səbəblərə görə açıq havada fəaliyyətlərdən qaçmaq lazımdır. Xəstələrin sərin, kondisionerli, kölgəli və havalı yerlərdə olsalar, daha məqsədə uyğundur. Yay mövsümündə günəş eynəklərindən istifadə bir zərurətdir. Rinoplastika əməliyyatları burun arxası və yan divar sümüklərində edildiyi üçün eynəklərin bu nahiyələrə basacağı və arzuolunmaz eybəcərliklər və çökmələrə səbəb ola bilər. Buna görə də ilk 3 ayda gün eynəklərindən istifadə edilməməlidir. Daha sonra 6 aya qədər yüngül eynəklərə üstünlük verilməlidir. Bununla yanaşı 1 ay ərzində dənizə və hovuza girmək olmaz”.
Aysel Şahmar
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
















.png)




















