Səhiyyə
Arıq və fit görsənmək yeniyetmələrdə kompleks yaratdı
Gözəl görünmək qayğısı ilə sıfır ölçüdə olmaq həvəsi yeniyetmələri də özünə cəlb edib.
Publika.az “Hürriyyət”ə istinadən xəbər verir ki, sosial media və moda dünyasında “Body Zero” trendi yeniyetmələrə də çatıb. Bir çox uşaq və yeniyetmələr qidalanma problemi ilə üzləşirlər.
Mütəxəssisi və nevroloq Burak Dalgülün sözlərinə görə, yeniyetməlik dövrünün özünü kəşf etmə səyahəti olduğundan, bu dövrdə gənclərin müxtəlif mövzularda özlərini tənqid etmə hissi çox olur:
“Beyni qidalandıran ən keyfiyyətli qidalar yağ və proteindir. Ancaq valideynlər tərəfindən edilən “çörəksiz doymazsan” kimi təsirlər uşaqlarda daimi karbohidrat istehlakına ehtiyac yaradır.

Valideynlər övladlarının zehnini yalan məlumatlarla kodlaşdırmaqdansa, ilk növbədə qidalanma haqqında şüurlu olmalı, balanslı qidalanma, fit və sağlam həyatın nə olduğunu bilməlidirlər. Ac qalmaq, su pəhrizi, arıqlamaq üçün dərmanlar və qəhvə istifadə edərək arıqlayacağını düşünən valideynin övladı da qeyri-sağlam qidalanaraq fit olacağı düşüncəsinə sahib olacaq.
Qidalanma həyatımızın əsas ehtiyaclarından biridir. Bu səbəbdən şüursuz şəkildə yemək yeyən valideynlər onlara alacaqları yeməyin miqdarından çox, yeməyin keyfiyyətindən xəbərdar etməsələr, uşaqlar ya piylənmə, ya da yemək pozğunluqları ilə üzləşəcəklər”.
Aysel Şahmar
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)





















