DNT analizini hər kəsə etibar etmək olmaz - Soy ağacınıza "calaq" edə bilərlər
Bizi izləyin

Səhiyyə

DNT analizini hər kəsə etibar etmək olmaz - Soy ağacınıza "calaq" edə bilərlər

DNT analizini hər kəsə etibar etmək olmaz -  Soy ağacınıza "calaq" edə bilərlər

DNT vasitəsilə soy ağacınızı ortaya qoyduğunu iddia edən bəzi təşkilatların gen oğurluğu etdiyi iddia edilib. Mütəxəssislər, 30 min illik köklərimizi ortaya çıxarmağı vəd edən testlərlə bağlı DNT məlumatlarınız əczaçılıq və ya qida şirkətlərinə satıla bilər xəbərdarlığını edib.

Publika.az “Haber Global”a istinadən xəbər verir ki, DNT və gen tədqiqatında inkişaf edən texnologiyalar insanların nəslini öyrənmək üçün can atır. Həm Türkiyə, həm də beynəlxalq miqyasda fəaliyyət göstərən bir çox laboratoriya məhkəmə-tibbi prosedurlar üçün tələb olunan genetik testlər çox yayılıb. Bundan əlavə, yalnız ailə tarixini öyrənməyə yönəlmiş analizlər var. Pandemiya dövründə insanların hansı xəstəliklərə genetik meylinin olduğunu öyrənmək istəyi genetika sahəsində çalışan şirkətlərə də böyük satış rəqəmlərinə çatmağa imkan verib.

Bu sahədə dünyanın ən böyük təşkilatlarından biri olan ABŞ şirkəti pandemiya dövründə 850 milyon dollardan çox investisiya alaraq rekord qırıb. Şirkət müştərilərə göndərdiyi genetik test dəstləri ilə ailə tarixçənizi üzə çıxarmağı və hansı xəstəliklərə həssas olduğunuz barədə məlumat verməyi vəd edir. Ailə ağacı testi ilə biocoğrafi xəritəniz DNT quruluşunuzdakı 176 bölgə skan edilərək müəyyən edilir və daha yaxın olduğunuz yer üzə çıxır.

Ancaq nəticələr test üçün müraciət edənlərin gözlədiyi qədər aydın deyil. Genetika Mütəxəssisi Dos. Dr. Veysel Sabri Hançer, insanların 100-də 99 türk və ya 100-də 50 türk, 100-də 50 gürcü kimi dəqiq nəticələr gözlədiyini ifadə edərək, bu testləri edənlərin hansı məlumatlarla qarşılaşacağını açıqlayıb:

“Müxtəlif şirkətlər müxtəlif üsullardan istifadə edirlər. Lakin tüpürcək nümunəsi kifayətdir. Bəzi şirkətlər zərf göndərir, zərfi yalayırsınız, bağlayıb geri göndərirsiniz. Bəziləri də qan istəyir. Genetiklər olaraq nəticələrin mürəkkəb olacağını gözləyirik”.

Dos.Dr.Veysel Sabri Hançer testlərlə bağlı çox əhəmiyyətli xəbərdarlıq edib:

“ Nəticələrin başqa şirkətlərə satıla bilər. DNT ardıcıllığı zamanı çoxlu məlumat əldə edilir. Bir neçə insanın məlumatları çox vacib deyil. Ancaq DNT məlumatlarına sahib olmaq üçün müxtəlif irqlərdən çox insan varsa, şirkətlər bu məlumatları sata bilər. Bunu belə düşünün; siz marketoloqsunuz, yeni şokolad istehsal etmisiniz və onu bazara çıxarmaq istəyirsiniz. Hədəfinizi bir şirkətə təyin etdiniz, onların telefon nömrələrini istəyirsiniz. Həmin şirkət də bu məlumatları satır. Bu cür testləri həyata keçirən şirkətlər də bu məlumatları sata bilər. Lakin sizin bundan heç xəbəriniz də olmur”.

Testin cavabları satıla və istifadə edilə bilən bir materiala çevrilir. Bundan təkcə əczaçılıq şirkətləri faydalanmır, bu məlumatlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Məsələn, bir bölgədə yeni növ buğda hazırlayıb satacaqsınız. Əgər kifayət qədər DNT məlumatınız varsa, o bölgədəki insanların qlütenə qarşı dözümsüzlüyü haqqında məlumat əldə edə, buna uyğun olaraq buğda inkişaf etdirə və sata bilərsiniz. Belə məlumatlar hər bir sektor üçün istifadə edilə bilər.

Okan Universitetindən antropoloq Dr. İlker Çayla gen araşdırmalarına olan marağın səbəblərini açıqlayıb:

“İnsanlar hər zaman keçmişlə bağlı məlumatlarla maraqlanırlar. Genetik araşdırma texnologiyası olduqca inkişaf edib. Tüpürcək nümunəsini çantaya qoyub yola salırsınız və nəticə qısa müddətdə gəlir. Digər səbəb isə səhiyyə müəssisələrinin profilaktik tibb araşdırmalarıdır. Genetik xüsusiyyətlərin xəstəliklərə təsiri məlum olduğu üçün səhiyyə müəssisələri profilaktik tibb üçün genetik kodlardan istifadə edirlər. Bu tədqiqatlar indi səhiyyə sənayesinin bir hissəsi olmağa başlayıb".

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm