Səhiyyə
Uzun müddət hərəkətsiz qalmaq bu orqanınızı şişirdir
Tədqiqatçılar müəyyən ediblər ki, uşaqlarda və yeniyetmələrdə uzun müddət oturaq vaxt keçirməsi daha sonra həyatda ürəyin zədələnməsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, Avropa Kardiologiya Cəmiyyətinin (ESC) saytında dərc edilən araşdırmaya görə, tədqiqatçılar müəyyən ediblər ki, uşaqlarda uzun müddət hərəkətsiz qalmaq sonrakı həyatda ürəyin zədələnməsinə səbəb ola bilər.
Tədqiqat çərçivəsində 11, 15 və 24 yaşlı 766 uşağın oturma və hərəkətsizlik vaxtları bir həftə ərzində aktivlik izləyicisi olan smart saatlarla izlənilib. İştirakçılar 17 və 24 yaşlarında olarkən ürəklərindəki sol mədəciyin çəkisi exokardioqrafiya adlanan ultrasəs müayinəsi ilə ölçülüb. Tədqiqatçılar yaş, cins, qan təzyiqi, yağ faizi, siqaret çəkmə, fiziki fəaliyyət və sosial-iqtisadi vəziyyət kimi faktorları tənzimlədikdən sonra 17 və 24 yaşlarda ürək ölçmələrini, 11-24 yaşlarında hərəkətsizlik zamanı ilə müqayisə ediblər.
Tədqiqatda uşaqların uzun müddət hərəkətsiz olmasının sol mədəciyin çəkisinin artması ilə əlaqəli olub-olmaması araşdırılıb. İştirakçıların 11 yaşında keçirdikləri təxminən 6 saat oturaq vaxtın 24 yaşında təxminən 9 saata yüksəldiyi qeyd edilib.
Tədqiqatçılar 11-24 yaş arasında oturaq vəziyyətdə keçirdikləri hər dəqiqənin sol mədəciyin çəkisinin artmasına səbəb olduğunu müəyyən ediblər. Bədən çəkisi və qan təzyiqindən asılı olmayaraq, oturaq vaxt keçirmək ürəyin zədələnməsinə gətirib çıxardığı məlum olub.
Aysel Şahmar
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)





















