Səhiyyə
Yağ içindəki böyrək kimi olmaq istəyirsiniz? - Bunları edin, yoxsa...
Böyrəklərimiz bədənimizdəki tullantıları süzmək üçün hər saniyə işləməyə davam edir. Sağlam bədənə sahib olmaq üçün sağlam böyrəklərə sahib olmaq lazımdır. Ancaq özümüz də bilmədən təkrarladığımız bəzi gündəlik davranışlar böyrəklərimizə zərər verir.
Publika.az xəbər verir ki, bədənimizdəki həyati orqanlardan biri olan böyrəklərimiz bəzi yanlış davranışlar nəticəsində sağlam şəkildə fəaliyyətini dayandıra bilər. Böyrək daşlarının əmələ gəlməsi və hətta böyrək çatışmazlığı kimi bir çox xəstəliyə yol aça bilən bu davranışların davam etdirilməsi böyrək xəstəliklərinə gətirib çıxarır. Həkimlər gündəlik davranışla bağlı yayılmış yanlış təsəvvürləri və böyrək xəstəliklərinin qarşısını almaq üçün nələrə diqqət edilməli olduğunu izah ediblər. Böyrək xəstəliyinə səbəb olan gündəlik vərdişləri təqdim edirik:
Gündə 8 stəkandan az su içmək: Böyrək sağlamlığını qorumaq və bədəndəki tullantıları sidiklə xaric etmək üçün insanların müəyyən miqdarda su istehlak etməsi lazımdır. Gündə 8 stəkan su içmək böyrəklərinizdə daş əmələ gəlməsinin və böyrək xəstəliklərinin qarşısını almağa kömək edəcək.

Yarım xörək qaşığından çox duz istehlakı: Gün ərzində yarım xörək qaşığından çox duz istehlak etmək həm böyrək, həm də ürək sağlamlığınız üçün mənfidir. Daha sağlam həyat üçün duz istehlakını gündə yarım xörək qaşığı ilə məhdudlaşdırmaq vacibdir.

Sidiyi saxlamaq: Tualetə ehtiyac duyduğunuz zaman gözləmək və gecikdirmək sidik yollarınıza zərər verəcək. Bu vəziyyət davam etdikdə böyrəkləriniz zədələnəcək. Sidik tutmaq yerinə, tualet ehtiyaclarınızı anında qarşılamağa çalışın.

Ağrı kəsicilərdən istifadə: Ağrı kəsicilər ani həll yolu təklif etsə də, onların tərkibində gələcəkdə qaraciyər və böyrəklərdə xəstəliklərə səbəb olan kimyəvi maddələr var. Ağrı kəsicilərdən mümkün qədər az istifadə edilməlidir. Ən kiçik ağrılarda belə ağrıkəsici istifadə etmək əvəzinə təbii üsulları sınaya bilərsiniz.

Aysel Şahmar
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)





















