Səhiyyə
Sizdə bu simptomlar varsa, deməli "gəzən meyit"siniz
Gəzən meyit sindromu olaraq bilinən Kotard sindromu xəstələrin öldüyünə və ya artıq mövcud olmadığına inandığı klinik xəstəlikdir.
Publika.az xəbər verir ki, Dos.Dr. Taha Can sindromu ilə bağlı əhəmiyyətli açıqlamalar verib.
O bildirib ki, sindrom 1880-ci ildə Jules Cotard tərəfindən aşkar edilib:
“Kotard sindromu tez-tez insanın öldüyü və ya mövcud olmadığına dair xəyalpərəst bir inanc olaraq təyin olunur. Yeni nəzəriyyələr beynin sağ yarımkürəsinin funksiyalarında pisləşmənin olduğunu göstərir. Bu pisləşmənin mülahizə pozğunluğu ilə birləşdiyi zaman qavrayış və mürəkkəb duyğu sistemində qeyri-reallıq hisslərinə gətirir”.

Kotard sindromlu xəstələr “ölmüşəm” və ya “daxili orqanlarım yoxdur” kimi düşüncələrdə olurlar. Daha çox hipokondriya və bir sıra klinik xüsusiyyətlərə sahib olurlar. Bura həmçinin narahat və depressiv əhval-ruhiyyə, lənətlənmə və ölümsüzlük aldatmaları, dünyanın mövcud olmadığına inanma, intihar və özünü öldürmə davranışları daxildir.

Xəstələrdə ağır əqli gerilik, onları öldürmək istəyənlərin olduğunu düşünmək, gündəlik ehtiyaclarını inkar etmək və yemək-içməkdən imtina etmək, daxili orqanlarının işləmədiyini düşünürülər. Kotard sindromu psixiatrik və ya nevroloji xəstəlikləri olan xəstələrdə baş verə bilər. Psixotik depressiyanın bu vəziyyətin inkişafında mühüm faktor olduğu irəli sürülür. Xəstələrin əksəriyyətində depressiv simptomlar qeyd olunur. Bunun xaricində şizofreniya, anormal hərəkət və emosiya sindromu kimi xəstəliklərin gedişində meydana gəldiyini göstərən hadisələr var. Nevroloji olaraq, Kotard sindromu insult, beynin frontotemporal bölgəsində kiçilmə, epilepsiya, beyin iltihabı, beyin şişləri və travmatik beyin zədəsi də daxil olmaqla müxtəlif tibbi şərtlərlə əlaqələndirilir.
Aysel Şahmar
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































