Səhiyyə
Sürətlə yayılır, orqanları məhv edir və ölümlə nəticələnir
Hər kəsdə baş verə bilən sepsis həyati vacib orqanların funksiyalarını tez bir zamanda poza bilər və müalicə edilmədikdə ölümlə nəticələnə bilər. Mütəxəssislər yüksək risk qrupuna daxil olan insanlara xəbərdarlıq edərək, görülməli olan ehtiyat tədbirlərini sadalayıblar.
Publika.az xəbər verir ki, sepsis bədənin öz orqanlarına və toxumalarına zərər verən infeksiyaya qarşı həddindən artıq reaksiyası adlanır. Sepsis orqanizmdə yoluxucu agentlərə qarşı geniş yayılmış və nəzarətsiz reaksiya olaraq təyin olunur. Bununla belə, sürətli və effektiv müalicə təmin edilmədikdə, tez bir zamanda çoxlu orqan çatışmazlığı və ölümlə nəticələnə biləcək mürəkkəb bir vəziyyətə çevrilir. Dünyada hər il 50 milyon insanın təsirləndiyi və təxminən 11 milyon insanın sepsis səbəbiylə öldüyü təxmin edilir. Xüsusilə koronar reanimasiya şöbələrindən başqa reanimasiya şöbələrində ən çox görülən ölüm səbəblərindən biridir. Ölümlə nəticələnməyən hallarda, insanlarda çox vaxt daimi narahatlıq və əlillik yaradır.

1 yaşdan kiçik körpələr, 60 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar, hamilələr, immuniteti zəif olanlar və hər hansı səbəbdən dalağı çıxarılan insanlarda sepsis riski daha yüksəkdir. Ancaq unutmaq olmaz ki, bu hər kəsdə ola bilər.
Sepsis müalicəsində erkən müdaxilə əhəmiyyətlidir. Sepsis erkən tanınmalı və vaxt itirmədən müalicəyə başlanmalıdır. Erkən və effektiv müalicə ilə sepsislə bağlı ölümlərin əhəmiyyətli bir hissəsinin qarşısı alına bilər. Müalicədə prioritet infeksiyanın ocağını müəyyən etmək və gecikmədən müvafiq antibiotik müalicəsinə başlamaq lazımdır.
Aysel Şahmar
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?













.jpg)












.jpg)









