Səhiyyə
Türkiyəyə gedənlərə xəbərdarlıq: 9 nəfərdə bu virus tapıldı
Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında etdiyi paylaşımda COVID-19-un "Eris" variantının 9 nəfərdə görüldüyünü və bunun narahatlıq doğurmadığını bildirib.
Publika.az xəbər verir ki, nazir açıqlamasında bu variantın xaricdə təmasları olan insanlarda görüldüyünü qeyd edib:
"Narahatlığa səbəb sayıla bilməyəcək bir inkişafdır. Yoluxdurma gücünün az olduğunu bildiyimiz Eris variantı Referans Laboratoriyamızda aparılan müayinədə 9 nəfərdə görülüb. Daha çox xaricdən gələn və ya eyni əyalətlərdən olan insanlarda görünüb.
Mövcud tədbirlərə və gündəlik həyatımıza davam edəcəyik. Bu vəziyyət başqa ölkələrdə də var, bizdə də yaranması mümkün idi. Yaşlılarımızı və xroniki xəstələrimizi qoruyacağıq".
Mütəxəssislər bildirir ki, koronavirusun “Eris” variantında ən çox rast gəlinən şikayət epidemiyanın ilk günlərində də müşahidə olunan dad və qoxu itkisidir.
Nəzrin
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)





















