Səhiyyə
Böyük xəstəxanalara göndəriş olmayacaq, çünki TƏBİB... - AÇIQLAMA
“Bəzən hansısa poliklinikadan “Adi kardioqramma etdirə bilmədim”, “Nə vaxt getsəm, məni böyük xəstəxanaya göndərirlər” kimi şikayətlər olurdu. Haqlı idilərmi? Əksər hallarda, bəli, haqlı idilər! Çünki onlara haqq verəcək səbəblər var idi. Nəhayət bunlar yavaş-yavaş keçmişdə qalır. Ürəyiniz rahat olsun, “birbalaca ürəyim ağrıyır” söhbətlərinə görə də daha sizi böyük xəstəxanalara göndərmiyəcəklər. Artıq Bakı şəhəri üzrə fəaliyyət göstərən demək olar ki, bütün poliklinikalara yeni elektrokardioqramma (EKQ) aparatları verilib”.
Publika.az xəbər verir ki, bunu sosial şəbəkədə Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin müdiri Elnur Hidayətoğlu yazıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri yeni tibbi avadanlıqlarla təmin olunub. Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə son bir ayda Mərkəzin strukturuna daxil olan 80-nə yaxın tibb müəssisəsinə müasir standartlara cavab verən yeni elektrokardioqramma (EKQ) aparatları verilib. Yaxın gələcəkdə Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən digər tibb müəssisələri də (poliklinikalar) həmin cihazlarla təmin ediləcək.
Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanovanın sözlərinə görə, poliklinikaların yeni avadanlıqlarla təchiz olunması vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək:
“Bakı şəhəri üzrə fəaliyyət göstərən poliklinikalarda olan elektrokardioqramma cihazlarının çoxu köhnəlmiş, yararsız hala düşmüşdü. Bu isə əhalinin tibbi müayinələr üçün böyük xəstəxanalara üz tutmasına və orada sıxlığın yaranmasına səbəb olurdu. Lakin artıq bu sahədə tədbirlər həyata keçirilir. Bu isə vətəndaşların poliklinikaların tibbi xidmətlərindən daha səmərəli istifadə etmələrinə şərait yaradır. Bu, həmçinin ikinci səviyyə tibb müəssisələrinin üzərinə düşən yükün azalmasına da səbəb olacaq”.
Qeyd edək ki, əhalinin profilaktik müayinələrinin aparılması, xəstəliklərin vaxtından aşkarlanması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Aysel Şahmar
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































