Səhiyyə
Ayaqda qıcolmalar nəyin əlamətidir? - FOTO
Nebraska Universitetinin alimləri ayaqlarda qıcolmaların ortayaşlı insanlarda sağlamlığın pisləşməsinin əlaməti olduğunu bildiriblər.
Publika.az xəbər verir ki, limlər orta yaşı 46,5 olan 294 xəstədə ayaq qıcolmalarının yayılması və xüsusiyyətlərini qiymətləndiriblər. İstirahət və ya məşq zamanı ayağında qıcolma baş verən insanlar ümumi iştirakçıların 51,7%-ni təşkil edib və orta yaşları 49,1 olub. Qeyd edək ki, hesabat verənlərin 72%-ni qadınlar təşkil edib.
Xəstələr arasında qıcolmanın şiddəti 1-dən 10-a qədər olan şkala ilə orta hesabla 5,6 qeydə alınıb və yuxu pozğunluqları xəstələrin 55%-də müşahidə olunub. Onlardan əksəriyyəti orta hesabla dörd il ərzində qıcolmalardan əziyyət çəksələr də, bununla bağlı həkimə müraciət etməyiblər.
Qıcolmanı araşdıranlar ayaq qıcolmalarının sağlamlığın zəifləməsi, fiziki hazırlığın azalması və yaxud sürətlənmiş qocalmanın əlaməti olduğunu bildiriblər.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı












.png)






















