Səhiyyə
"EG.5" koronavirus variantı sürətlə yayılır
Koronavirusun "EG.5" variantı "XBB.1.5" və "XBB.1.16" variantlarını qabaqlayaraq bütün dünyada sürətlə yayılır. Bu variantlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "maraq doğuran variantlar (VOI)" qrupuna daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.
Bildirilib ki, GISAID beynəlxalq genomik monitorinq sisteminə daxil olan məlumata əsasən, sentyabrın 4-dən 10-dək olan həftə ərzində biomaterial nümunələrin 33,6 faizində "EG.5", nümunələrin 18,9 faizində "XBB.1.5", 8,6 faizində isə "XBB.1.5" variantları aşkar edilib. Son həftələrdə bu fərq artmağa davam edib.
GISAID sistemində sentyabrın 4-dən 10-dək alınan genom tədqiqat məlumatlarına əsasən, "EG.5"-in payı 33,6 faiz, avqustun 7-dən 13-dək olan həftə ərzində isə 25,9 faiz təşkil edib. Avqustun 13-nə olan məlumata görə, variant 57 ölkədə aşkarlanıb.
VOI qrupunda digər iki variantın yayılması bütün dünyada azalır. "XBB.1.5" ilə bağlı GISAID-də mövcud olan məlumatlara əsasən avqustun 13-dən sentyabrın 10-dək 12%-dən 8.6%-ə, XBB.1.16 isə 23.5%-dən 18.9%-ə qədər azalıb.
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































