Səhiyyə
35-64 yaş arası insanlar üçün bir nömrəli ölüm səbəbi bu xəstəliklərdir
ABŞ-da aparılan təhlillər göstərib ki, ürək xəstəliyi və xərçəng kimi xroniki xəstəliklər ölkədə 35-64 yaş qrupunda ölümlərin bir nömrəli səbəbidir.
Publika.az xəbər verir ki, "Washington Post" (WP) tərəfindən ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) də daxil olmaqla yerli hökumətlərin ölüm məlumatlarına əsaslanaraq hazırlanan təhlildə ölkənin sağlamlıq hesabatı açıqlanıb. Təhlildə qeyd olunub ki, ölkədə silahlı zorakılıq və narkotiklə bağlı ölüm halları ictimaiyyət üçün daha çox göz önündə olsa da, ürək xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklər 35-64 yaş arası insanlar arasında bir nömrəli ölüm səbəbidir. Təhlildə xüsusilə ölkənin cənub və mərkəzi bölgələrində orta yaşlı insanlarda 40 il əvvəllə müqayisədə xroniki xəstəliklərə bağlı ölüm hallarının artmağa başladığı bildirilib və buna səbəb kimi ölkədəki səhiyyə sistemi göstərilib.
Təhlildə, ABŞ-ın digər inkişaf etmiş ölkələrlə müqayisədə profilaktik tibb və səhiyyə sektoruna daha az sərmayə qoyduğu, ortalama ömür uzunluğunun yoxsulluq, irqçilik, yüksək işlənmiş qidalardan ibarət qeyri-sağlam qidalanma vərdişləri, səhiyyə sisteminə inamsızlıq və digər səbəblərə görə azaldığı bildirilib.
Təhlildə xroniki xəstəliklərin nümunəsi sayılan piylənməyə də diqqət çəkilib. Qeyd olunub ki, 1990-cı illərdə ölkədə orta yaşlı insanların sadəcə 11,6 %-i artıq çəki ilə mübarizə aparırdısa, hazırda bu nisbət 41,9 %-ə yüksəlib.
Nəzrin
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO





































