Səhiyyə
Dərmanlar daha ucuz qiymətə əhaliyə təqdim olunacaq
"Dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması, elektron resept və dərmanların qiymətinin yüksək həddinin təyin olunması təqdirəlayiq haldır".
Publika.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavininin sözlərinə görə, bu kimi dəyişikliklər dərman sahəsində çeşid çoxluğuna səbəb olacaq: "Daha keyfiyyətli dərmanlar daha ucuz qiymətə əhaliyə təqdim olunacaq. Dərman vasitələrinin ölkəyə idxalı üçün nə qədər münbit şərait yaradılsa da, dərmanlara əlçatanlıq və çeşid çoxluğu vacibdir. Bu il bu sahədə ciddi işlər görülüb".
O qeyd edib ki, ölkədə dərman vasitələrinin daxili təlabatının böyük hissəsi idxaldan asılıdır: "Nazirlik bu istiqamətdə aidiyyəti qurumlarla fəaliyyətini davam etdirir. Ümumilikdə, son 20 ildə səhiyyə sahəsində uğurlu nailiyyətlər əldə edilib. Əhalinin sağlamlığı ilə bağlı müsbət dinamika da bunu deməyə imkan verir. Əczaçılıq sahəsi həyati vacib sahələrdən biridir. Bu il ərzində bu sahədə baş verən müsbət dəyişikliklər əczaçılıq məsələsində təsirini göstərəcək".
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































