Səhiyyə
Koronavirus kabusu qayıdır: Yeni peyvənd prosesi başlayır
Son günlər Yunanıstanda qeydə alınan koronavirus yoluxmalarının sayının sürətlə artdığı bildirilir. Yunanıstan Milli Xalq Sağlamlığı Agentliyinin (EODY) məlumatlarına görə, 18-24 sentyabr həftəsində COVİD-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı əvvəlki həftələrlə müqayisədə artıb.
Publika.az “Haber Türk”ə istinadən xəbər verir ki, xəstəxanada koronavirus müalicəsi alan xəstələrin sayı 800-ü, intubasiya olunan xəstələrin sayı isə 150-ni ötüb. Hazırda halların sayı açıqlanmasa da, məktəblərdə təhsilin bərpası da bu artımda təsirli olub.
"Ta Nea" qəzetinin məlumatına görə, COVİD-19-a qarşı yeni peyvənd prosesi oktyabr ayında başlayacaq. COVİD-19-ın qarşısını almaq üçün yaşlıların və xroniki xəstəlikləri olan insanların peyvənd edilməsinə xüsusi diqqət yetiriləcək. Yunanıstan yeni peyvənd prosesi üçün artıq 1 milyon 600 min doza peyvənd alıb. Bu dəfə peyvənd məcburi olmayacaq və yalnız istəyənlər müraciət edə bilərlər.
Aysel Şahmar
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































