Səhiyyə
İnfarktın qarşısını bu cür almaq mümkün olacaq
Rusiyada infarktın qarşısını almaq üçün yeni üsul hazırlanıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, samaralı alimlər qan damarlarının elastikliyini qiymətləndirmək və infarktın qarşısını almaq üçün yeni üsul hazırlayıblar.
Belə ki, mütəxəssislərin fikrincə, qan damarlarının divarları nə qədər sərt olarsa, insan təzyiq artımlarına və ürək xəstəliklərinə bir o qədər həssas olar.
“Mayer dalğaları adlanan qan təzyiqinin vaxtaşırı dəyişməsi arterial damarların elastikliyində dəyişikliklərə səbəb ola bilər ki, bu da ürək dərəcəsinin əlavə dəyişkənliyinə gətirib çıxara bilər. Məhz bu fərq damar divarlarının uzanma qabiliyyətinin göstəricisidir”, - Samara Universitetinin lazer və biotexniki sistemlər kafedrasının dosenti Aleksandr Fedotov deyib.
Məlumata görə, yeni üsul tibbdə istifadə olunan ultrasəs və rentgen diaqnostika sistemlərinə əsaslanan instrumental üsullardan daha ucuzdur.
Tədqiqat "Biomedical Engineering" jurnalında dərc olunub.
Mehti Kamiloğlu
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan

























.jpg)









