Səhiyyə
32 yaşlı kişinin cinsi istəyi "gözündən gəldi" - Kor oldu
"Viaqra" qəbul edən kişinin gözü tutulub.
Publika.az xəbər verir ki, 32 yaşlı iranlı kişi "Viaqra" və digər erektil disfunksiya dərmanlarını qəbul etdikdən sonra onun bir gözü kor olub. Bu hadisə “Journal of Medical Case Reports” tibb jurnalında təsvir edilib.
Tehrandakı Farabi Göz Xəstəxanasının həkimlərinin verdiyi məlumata görə, kişi sağ gözünün qəfil korlaşması şikayəti ilə onlara müraciət edib. Müayinə zamanı məlum olub ki, xəstə görmə qabiliyyətinin itirilməsindən üç saat əvvəl icazə verilən dozadan iki dəfə artıq olan 100 milliqram sildenafil qəbul edib.
Əlavə müayinə zamanı məlum olub ki, kişinin gözünə qan verən mərkəzi vena və arteriya tıxanıb və bu da tor qişasının qopmasına - korluğa gətirib çıxarıb.
Mütəxəssislər əlavə ediblər ki, bu, impotensiyaya qarşı dərman qəbulu nəticəsində gözlərin qan damarlarının zədələnməsi ehtimalını təsdiqləyən ilk haldır. Eyni zamanda, həkimlər bu təsirin mexanizmini anlamadıqlarını etiraf ediblər.
Gözün zədəsi çox ciddi olduğu üçün həkimlər kişinin görmə qabiliyyətini bərpa edə bilməyiblər.
Mehti Kamiloğlu
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan

























.jpg)









