Səhiyyə
Şəkərli diabeti 10 saniyəyə müəyyənləşdirəcək yeni kəşf
Publika.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt qan analizi olmadan 10 saniyə ərzində 2-ci tip şəkərli diabetin diaqnozunu qoya biləcək. Bu barədə kanadalı alimlərin tədqiqatlarına istinadən məlumat yayılıb.
Bildirilir ki, xəstəliyi tanımağı öyrətmək üçün neyroşəbəkəyə həm tam sağlam insanlar, həm də şəkərli diabet xəstələri tərəfindən danışılan eyni ifadəni dəfələrlə dinləməyə icazə verilib. Nəticədə akustik avadanlıq insan nitqinin yüksəkliyində və intensivliyində incə dəyişiklikləri aşkarlaya bilib.
Böyük miqdarda məlumatın təhlili süni intellektə diaqnoz qoymağı "öyrətmək" üçün əsas olub. Maraqlıdır ki, bu metodun diaqnostik dəqiqlik səviyyəsi kişilər arasında 89%, qadınlar arasında isə 86% təşkil edib. Acqarına qlükoza səviyyəsi üçün qan testinin dəqiqliyinin 85% olduğu müəyyənləşib.
Qeyd edək ki, dünyada 400 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir və hər ikinci insan onun diaqnozundan xəbərsizdir. Tərtibatçılar hesab edirlər ki, onların texnologiyası diabetin kütləvi skrininqi üçün sadə və sərfəli alətə çevrilə bilər.
Məlumat üçün bildirək ki, dünyada 400 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir və hər ikinci insan onun diaqnozundan xəbərsizdir.
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal24 Oktyabr 20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat

























.jpg)









