Səhiyyə
53 aptekdə yoxlamalar keçirildi - 9-u cərimələndi
Ötən ay 53 aptekdə yoxlamalar keçirilib, 9-u cərimələnib.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu ilin oktyabr ayı ərzində aptek təşkilatlarında keçirilən yoxlamalar nəticəsində Bakı şəhəri üzrə 1, digər respublikanın digər şəhər və rayonlarında 52 aptek olmaqla, ümumilikdə 53 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb. Yoxlamalar zamanı 9 aptekdə nöqsan aşkarlanıb ki, onların 8-i rayonlarda yerləşir. İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə 9 protokol tərtib edilib.
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaradan hər hansı dərman vasitəsi haqqında bizə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış çekini və alınan ünvanı yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür", - məlumatda qeyd olunub.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









