Səhiyyə
Bir neçə xəstəxanaya direktor təyin edildi - SİYAHI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.
Bu barədə Publika.az-a TƏBİB-dən məlumat verilib.
Belə ki, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında (RMX) Natiq Əliyev, Samux Rayon Mərkəzi Xəstəxanasında Loğman Hacı Bədəlli, Laçın Rayon Mərkəzi Xəstəxanasında isə Orxan Cəbrayılov direktor vəzifəsini icra edəcəklər.
Hacıqabul RMX-nin direktoru Natiq Əliyev ixtisasca infeksionistdir. O, bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü olub.
Samux RMX-nin direktoru Loğman Hacı Bədəlli ixtisasca oftalmoloqdur. O, yeni təyinatınadək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçisi, oftalmoloq-cərrah kimi fəaliyyət göstərib.
Laçın RMX-nin direktoru Orxan Cəbrayılov ixtisasca terapevtdir, bundan əvvəl sözügedən xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
Eyni zamanda Hikmət Fərəməzov Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - İlkin səhiyyə xidmətinin rəhbəri, Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini, Elnur Abdullayev isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsinə təyin ediliblər.
Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - İlkin səhiyyə xidmətinin rəhbəri Hikmət Fərəməzov ixtisasca terapevtdir. O, bu vəzifəsinədək sözügedən xəstəxananın Statistika bölməsinin müdiri olub.
Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini Güllü İbadova ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim Elnur Abdullayev ixtisasca anestezioloq-reanimatoloqdur. Bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edib.






-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









