Səhiyyə
Spirtli içkinin insan həyatı üçün ən təhlükəli 3 dövrü: Alimlər açıqladı
Alimlər spirtli içkilərin insan həyatı üçün ən təhlükəli olduğu 3 dövrü açıqlayıblar.
Publika.az xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alimləri spirtli içkilərin hansı insanlar üçün daha təhlükəli olduğunu araşdırıblar.
Beləliklə, birinci yerdə hamilə qadınlardır. Hamiləlik dövründə hətta kiçik dozalarda alkoqol qəbulu dölün beyin inkişafında problemlərə və koqnitiv pozğunluqlara səbəb ola bilər.
İkinci yerdə 15-19 yaşlı yeniyetmələrdir. Gənc yaşda ağ maddə xəstəliyi (Ağ maddə xəstəliy-i beynin və onurğa beyninin müxtəlif hissələrini birləşdirən sinirləri təsir edən xəstəlikdir) ən aktiv şəkildə inkişaf edir. Əgər uşaqda spirtli içkilərə aludəçilik yaranarsa, böyük ehtimalla beyin inkişafı ilə bağlı problemlərə səbəb olacaq.

Üçüncü yerdə ən həssas qrup olan yaşlılardır. Onların spirtli içki sevgisi siqaretdən daha təhlükəli ola bilər və demensiyaya, yəni unutqanlığın ön planda olduğu bir çox xəstəliyə gətirib çıxarar.
Unutmayın, hər şey gözəldir, amma qədərində.
Cəmilə
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









