Səhiyyə
Uşaqları buna öyrətməyin, yoxsa...
Qəhvə içmək artıq gündəlik tələbatımızın bir hissəsinə çevrilib. Qəhvənin diabet, ürək xəstəliyi, iflic və bəzi xərçəng növləri riskini azaltdığını göstərən saysız-hesabsız araşdırmalar olsa da, ziyanları da var. Xüsusən də uşaqlar üçün çox zərərlidir.
Publika.az xəbər verir ki, pediatrların və bir çox digər sağlamlıq mütəxəssislərinin qəhvə, qazlı içkilər və enerji içkiləri kimi kofeinli məhsulların bədənə zərərli olduğunu deyirlər. Bu xəbərdarlıqlara baxmayaraq, valideynlər uşaqlarına içməyə qəhvə verirlər.
Amerika Pediatriya Akademiyası tövsiyə edir ki, 12 yaşından kiçik uşaqlara heç vaxt tərkibində kofein olan qəhvə, çay, qazlı su və ya enerji içkiləri verilməməlidir.
Uşaqların bədənləri böyüklərdən daha kiçik olduğundan, onların bədən funksiyalarının zəifləməsi daha az miqdarda kofeinlə də mümkündür.
Yetkinlər üçün cüzi miqdarda kofein kimi görünə bilən şey, gənc bir uşaq üçün daha ciddi amil ola bilər. Həddindən artıq kofein uşaqlarda ürək dərəcəsinin və qan təzyiqinin artmasına, ürək yanmasına, narahatlıq və yuxu pozğunluğuna səbəb ola bilər. Yüksək dozada kofeinin təhlükəli nəticələrə səbəb ola biləcəyini xatırlamaq lazımdır.
Aysel Şahmar
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









