Səhiyyə
Yaxın gələcəkdə süfrəmizdə bu qidalar olacaq: süni ət, həşərat, yosun və...
Ərzurum Atatürk Universitetindən Prof. Dr. Murat Karaoğlu artan əhali ilə qidalanma vərdişlərinin də dəyişdiyini, süni və saxta ət, böcək, göbələk, yosun, bitki mənşəli südün və mikro göyərtilərin gələcəkdə istifadə olunacağını bildirib.
Publika.az xəbər verir ki, Prof. Dr. Karaoğlu məsələ ilə bağlı açıqlamasında bildirib ki, bitki müxtəlifliyi 1900-cü illərdən sonra yüzdə 75 azalıb:
“Qlobal miqyasda az miqdarda qidaya güvənirik. Bu, sağlamlığımıza və planetin sağlamlığına mənfi təsir göstərir. 1750-ci ildən sonra çox sürətli bir artımla dünya əhalisi 750 milyona, 1950-ci ildə isə 2,5 milyarda çatdı. Hazırda 8 milyarda yaxınlaşan dünya əhalisinin 2050-ci illərdə 10-11 milyard civarında olacağı təxmin edilir.
2100-cü illərdə bu artımın qlobal qida tələbi üçün nə demək olduğunu araşdırmaq çox vacibdir. Ona görə də müasir elm və texnoloji üsullarla qida istehsal və istehlak üsulumuzu dəyişdirərək yeni nəsil, daha sağlam və daha davamlı qidalar istehsal etmək lazımdır”.
Bu yeni nəsil qidaların istehsalında 3D-4D printerlər, genetik modifikasiya, nanotexnologiya, sintetik biologiya, ağıllı qablaşdırma və qida arxitekturası üsullarının daha da inkişaf etdirilməsi və istifadə edilməsi nəzərdə tutulur.
Müxtəlif insanlar qidalara fərqli reaksiya verdiyi üçün gələcəkdə yüksək texnologiyalı, fərdiləşdirilmiş qida məhsullarından istifadə ediləcək. Rəqəmsal qida istehsalının artacağı təxmin edilir. Qan təzyiqi, piylənmə və koronar xəstəliklər kimi xəstəliklərdən qorunmaq gələcəkdə daha da aktual olacaq. Bundan əlavə, gələcəkdə süni intellektdən qidalanmada geniş şəkildə istifadə ediləcəyi güman edilir.
Aysel Şahmar
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto


























.jpg)









