Səhiyyə
Tənhasınız? - Deməli, gündə 15 siqaret çəkirsiniz
Alimlər tənhalığın sağlamlığa mənfi təsir göstərən ən mühüm amillərdən biri olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssislərin fikrincə, təkcə qocalar üçün deyil, gənclər üçün də böyük təhlükə olan tənhalığın vurduğu ziyan gündə çəkilən 15 siqaret çəkməyə bərabərdir.
Ümumdünya Səhiyyə Təşkilatı tənhalığı “qlobal ictimai sağlamlıq problemi” elan edib. ABŞ-lı cərrah general Dr. Vivek Murthy və Afrika İttifaqının gənclər səfiri Çido Mpembanın rəhbərliyi ilə beynəlxalq komissiya yaradılıb. Murthy, təkliyin piylənmə və fiziki hərəkətsizliklə əlaqəli xəstəliklərdən daha böyük risk daşıdığını vurğulayıb.
Komissiyanın COVID-19 pandemiyasından sonra artan tənhalığın təsirlərini araşdırmaq üçün yaradıldığı bildirilir. İngiltərənin “The Guardian” qəzetinin yazdığına görə, tənhalıq təkcə yaşlı insanları hədəf almır. Gənclərə də mənfi təsirləri kifayət qədərdir. Araşdırmalara görə yeniyetmələrin 15 faizi tənhalıqdan çox böyük əziyyət çəkir.
Tənhalığın birbaşa sosial və iqtisadi amillərlə əlaqəli olduğu bildirilir.
Cəmilə
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto


























.jpg)









