Səhiyyə
Halal dərmanlar belə saxlanılacaq - RƏSMİ
“Standarta əsasən, halal dərman vasitələri digər dərman vasitələrindən ayrı daşınmalı və saxlanmalıdır”.
Bunu Publika.az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib.
Onun sözlərinə görə, bu növ dərman vasitələrinin daşındığı nəqliyyat vasitələri də gigiyena və sanitar qaydalara uyğun olmalıdır: “Halal dərman vasitələrinin daşınması zamanı məhsulların satış nöqtəsinə çatmadan əvvəl halal bütövlüyünün qorunması sahibkarın məsuliyyətidir və onun nəzarəti altında həyata keçirilir”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” yeni dövlət standartını qəbul edib.
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”






































