Səhiyyə
ÜST-dən COVID-19 peyvəndi ilə bağlı ÇAĞIRIŞ: "Milad və Yeni il bayramlarında..."
Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) artıq bunu etməmiş hər kəsə COVID-19-a qarşı peyvənd almağı tövsiyə edir.
Publika.az xəbər verir ki, bunu ÜST-ün epidemiya və pandemiyaların hazırlanması və qarşısının alınması departamentinin direktoru vəzifəsini icra edən Mariya van Kerxoveyə deyib.
"X" sosial şəbəkəsində yayımlanan ənənəvi sual-cavab sessiyası zamanı o xatırladıb ki, SARS-CoV-2 virusu hər ölkədə yayılmaqda davam edir və hələ də təhlükə yaradır.
Onun sözlərinə görə, indi əhalinin toxunulmazlıq səviyyəsi daha yüksəkdir və bu, ağır xəstəliklərdən qorunmağa kömək edir.
Kerxove qeyd edib ki, virus yayılmağa, təkamül etməyə və dəyişməyə davam etdiyi üçün ayıq-sayıq olmaq lazımdır. O, həmçinin izdihamlı yerlərdə maskalar taxmağı, qapalı havalandırmanın yaxşılaşdırılmasını və fiziki məsafəni vacib qoruyucu tədbirlər kimi göstərib.
Kerxove, hələlik peyvənd etməmiş şəxslərin peyvənd olunmasını qəti şəkildə tövsiyə edərək, artıq mövcud olan vaksinlərin yüksək təhlükəsizlik səviyyəsinə malik olduğunu və ağır xəstəliklərin qarşısının alındığını vurğulayıb.
O, həmçinin COVID-19 və qripə eyni vaxtda yoluxma hallarına diqqət çəkib. Həm COVID-19, həm də qripə qarşı peyvənd etməyə çağırıb.
Qarşıdan gələn Milad və Yeni il bayramları ilə əlaqədar olaraq o, səyahət zamanı insanların sıx olduğu yerlərdə maska taxmağı tövsiyə edib.
Hüseyn İbadlı
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




























.jpg)









