Səhiyyə
Uğur Şahin dünyanın gözlədiyi müjdəni verdi: Xərçəng peyvəndi bu tarixdə hazır olacaq
Peyvəndlərin köməyi ilə pandemiyanı geridə qoyan dünyaya daha bir ümidverici xəbər Uğur Şahindən gəldi. Koronavirusa (Covid-19) qarşı peyvənd istehsal edən şirkətinin xərçəng araşdırmalarından danışan Şahin, xərçəng peyvəndi üçün tarixi açıqlayıb.
Publika.az xəbər verir ki, 2019-cu ilin son günlərində Çinin Uhan şəhərində ortaya çıxan koronavirus qısa zamanda qlobal pandemiyaya çevrildi, milyonlarla insanın həyatına son qoydu. Dünya korona vaksinlərinin köməyi ilə pandemiyanı geridə qoyarkən Almaniyadan şad xəbər gəldi. Korona peyvəndini də istehsal edən "BionTech"in qurucusu Uğur Şahin şirkətinin xərçəng araşdırmalarından danışıb.
Alman mətbuatına açıqlama verən Şahin xərçəng peyvəndi üçün tarix verib:
“2025-2029-cu illər arasında bir sıra digər terapevtik yanaşmalar üçün tədqiqat məlumatları əldə etməyi planlaşdırırıq. Xərçəngə qarşı ilk fərdiləşdirilmiş mRNT əsaslı peyvəndlər 2030-cu ildən əvvəl təsdiq oluna bilər. Xəstədən qan və şiş nümunələri alırıq və 4 həftə sonra fərdi peyvəndi veririk”.
Aysel Şahmar
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




























.jpg)









