Səhiyyə
Dünya yeni təhlükə ilə üz-üzə: Bu virus ilk dəfə insanda tapıldı
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkədə donuzlarda aşkar edilən A(H1N2)v tipli qrip virusunun ilk dəfə bir insanda görüldüyünü bildirib.
Publika.az xəbər verir ki, UKHSA bununla bağlı açıqlama verib.
Bildirilib ki, ailə həkimləri ilə birgə həyata keçirilən rutin milli qrip müayinəsi zamanı tənəffüs əlamətləri olan bir şəxsdə A(H1N2)v virusu aşkar edilib.
Açıqlamada daha sonra UKHSA tərəfindən xəstəyə PCR testinin edildiyi və onun sağaldığı da bildirilir. İnfeksiyanın mənbəyini müəyyən etmək üçün araşdırmalar davam edir. Əldə edilən ilk məlumata görə, İngiltərədə görülən A(H1N2)v-nin dünyada digər A(H1N2)v-lərdən fərqlidir.
UKHSA rəsmisi Meera Chand əlavə edib ki, virus İngiltərədə ilk dəfə insanda görülüb:
“Yaxın təmasları izləmək və mümkün yayılmasını azaltmaq üçün sürətlə işləyirik. Müəyyən edilmiş protokollara uyğun olaraq, virusun necə yayıldığını öyrənmək üçün araşdırmalar davam edir. Şəxsin infeksiyaya yoluxması və digər əlaqəli halların olub-olmadığını qiymətləndirmək üçün vaxt lazımdır”.
Aysel Şahmar
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




























.jpg)









