Səhiyyə
Hansı şəxslər qızılca əleyhinə peyvənd olunacaq?
“Qızılcaya yoluxan şəxslərlə təmasda olanlar əvvəllər bu xəstəliyi keçiribsə, eyni zamanda iki doz peyvənd vurdurubsa, onun yenidən vaksin olunmasına ehtiyac yoxdur”.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Onun sözlərinə görə, xəstəliyə yoluxan şəxslə təmasda olanın xəstəliyi keçirmədiyinə dair sübutu yoxdursa və heç vaxt peyvənd vurdurmayıbsa, vaksinasiya üçün müraciəti tövsiyə edilir: “Həmin şəxs təmasdan sonra ilk 72 saat ərzində peyvənd vurdurmalıdır. Peyvəndlər orta tibb ixtisası olan şəxslər tərəfindən vurdurulmalıdır”.
T.İbrahimova xatırladıb ki, TƏBİB-in tabeliyində olan xəstəxanalarda qızılca ilə əlaqəli yatan şəxslərin stasionar müalicəsi icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçirilir: "Bütün peyvəndlər istehsalçı ölkələrin tövsiyəsinə uyğun şəraitdə saxlanılır və narahatlıq üçün heç bir əsas yoxdur".
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər







































