Səhiyyə
Bu xəstəlik artıq ölümcül deyil
Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə hazırda erkən diaqnozla QİÇS dövrünə keçidin qarşısını almaq mümkündür.
Publika.az xəbər verir ki, dünyada QİÇS və HİV infeksiyası haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədilə 1 dekabr 1988-ci ildən “Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd edilir.
Son illərdə elmin inkişafı nəticəsində HİV xəstəliyinin müalicəsində xeyli uğurlar əldə edilib. Xəstəlik artıq ölümcül xəstəliklər kateqoriyasına aid edilməyib və xroniki xəstəliklər sinfinə daxil edilib.

Birləşmiş Millətlər Təşkilatının QİÇS-lə Mübarizə İcmasının ən son bəyanatında HİV-ə yoluxmuş insanların təxminən 45 faizinin öz xəstəliklərindən xəbəri olmadığı bildirilir. Bu, çox böyük və vacib göstəricidir.
HİV-in qarşısının alınması üzrə fəaliyyət planı 3 mərhələdən ibarətdir. Xəstələrin 95 faizinə diaqnoz qoyulur, hamısı müalicə olunur. Əsas məsələ diaqnozdur. Xəstələr diaqnoz qoyulduğu gündən müalicə proqramına daxil edilir.
Aysel Şahmar
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər







































