Səhiyyə
Qızılcanın yayılma səbəbləri nədir?
Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb, onlardan 35-i yaşlı insan olub. Qızılcaya kütləvi yoluxma halları Kürdəmirdə, Şəkidə müşahidə edilib.
Bu barədə Publika.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda bildirilib.
“Qızılca xəstəliyi virusla yayılır. İnsandan insana hava-damcı yol ilə keçir. Qızılca ilə mübarizədə əsas profilaktik tədbir peyvəndin tətbiq edilməsidir. Eyni zamanda, profilaktik tədbirlərə otaqların havalandırılması, gündəlik təmizləmə işləri aiddir.
Hərçənd, hər iki xəstəliyin törədicisi üçün giriş qapısı tənəffüs yollarıdır, COVİD-19 infeksiyası ilə qızılca xəstəliyi tamamilə müxtəlif viruslar tərəfindən törədilir və bunların arasında heç bir əlaqə yoxdur. Amma peyvənddən yayınma halları qızılcanın yayılma səbəblərindən biri ola bilər”, - məlumatda qeyd olunub.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər







































