Səhiyyə
Abort, yoxsa əlavə maaş? - Həkimlər üçün plan hazırlanır
Rusiya Dövlət Duması xəstələrini abortdan çəkindirən həkimlərə əlavə maaş verməyi təklif edib.
Publika.az xəbər verir ki, Parlamentin aşağı palatasının sədr müavini Pyotr Tolstoy “Parlamentskaya qazeta”ya müsahibəsində həkimlər üçün bonuslar təklif edib.
Abort prosedurlarının sayını azaltmağın ən effektiv yolu ilə bağlı sualı cavablandıran siyasətçi regionlarda tətbiq edilən təşəbbüsləri xatırladıb, lakin özünün “fərqli yol tutduğunu” vurğulayıb. “Qadını abortdan çəkindirən həkim 20-30 min rubl mükafat alsın. Bu, doğulmayan uşaqların həyatını xilas etmək üçün ən yaxşı stimul olacaq”, - Tolstoy deyib.
Qeyd edək ki, noyabrın 30-da parlamentin aşağı palatasının sədr müavini Anna Kuznetsova bildirib ki, Dövlət Duması abortların Rusiyada özəl klinikaların göstərdiyi xidmətlər siyahısından çıxarılması üzərində işləyir. Onun sözlərinə görə, hazırda regionlarda fəal şəkildə işlənən mövzular federal qərarların predmetinə çevrilməlidir. Rusiyanın hər yerindən həkimlər, demoqraflar və fəallar aborta qoyulan məhdudiyyətlərə qarşı çıxış edirlər.
Cəmilə
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































