Səhiyyə
İynəsiz yeni vaksinasiya üsulu kəşf edildi
Oksford Universitetinin alimləri böyük yeniliyə imza atıblar.
Publika.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Oksford Universitetinin alimləri vaksinasiyanın iynəsiz üsulunu işləyib hazırlayıblar. Bu barədə “Ridus” nəşri tədqiqatın nəticələrinə əsasən məlumat yayıb.
Məlumata əsasən, tədqiqatçılar inyeksiya üçün hazır vəziyyətə gətirilmiş məhlulun molekullarını vaksini ultrasəsin köməyilə dərinin üst təbəqəsinə daşıyan xırda zülallarla qarışdırıblar.
Metod artıq siçanların üzərində yoxlamadan çıxarılıb, onlar bir dəqiqə yarım ultrasəsin təsirinə məruz qalıblar. Vaksin dərinin üst qatına keçib, burada zülallar preparatla dolu qabarcıqların yaranmasına səbəb olub. Daha sonra qabarcıqlar partlayıb və məhlul dərinin altına daxil olub.
Alimlər yeni üsul vasitəsilə 700 dəfə daha az vaksin molekulunun dəri altına daxil olmasına baxmayaraq, siçanların orqanizmi inyeksiya üsulu ilə müqayisədə daha çox anticism yaradıb. Bu zaman onlarda ağrı hissi yaranmayıb, dəriləri isə zədələnməmiş şəkildə qalıb.
Elm adamları bu qabarcıqların insan dərisi altında özlərini necə aparacaqlarını hələ müəyyənləşdirməyiblər. Onları narahat edən sual vaksinin dərinin altına lazımi miqdarda axıb-axmayacağı və bu prosesin nə qədər davamlı olacağı ilə bağlıdır. Lakin tədqiqatçılar artıq bu prosesə tam nəzarət edilməsinin üsulları üzərində iş aparırlar.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































