Səhiyyə
ÜST-dən qorxunç rəqəm: Bu, hər il 40 milyon qadına təsir edir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il ən azı 40 milyon qadının doğuşdan sonrakı sağlamlıq problemləri ilə üzləşdiyini və bu kimi xəstəliklərin böyük ölçüdə tanınmadığını diqqətə çatdırıb.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Avstraliya alimlərinin rəhbərliyi altında apardığı ana sağlamlığı araşdırmasında hər il ən azı 40 milyon qadının doğuşdan sonra bel ağrısı, depressiya, sidik qaçırma və ikincil sonsuzluq kimi uzunmüddətli xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb.
ÜST həmçinin bildirib ki, səhiyyə sistemlərinin doğuşdan sonrakı problemləri tanıması ana sağlamlığı baxımından əhəmiyyətli fərq yaradır.
Doğuşdan sonra ortaya çıxan sağlamlıq problemlərinin aylarla, bəzən hətta illərlə davam etdiyinə diqqət çəkən ÜST, anaların yaşadığı fiziki və ya psixoloji problemlərin diqqətdən kənarda qaldığını vurğulanıb.
Tədqiqatçılar 12 ili əhatə edən ədəbiyyat araşdırmalarında bu cür xəstəlikləri olan analara kömək edəcək keyfiyyətli bələdçiyə rast gəlmədiklərini deyiblər.
Aysel Şahmar
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









